Digər
Generallar Şükür Həmidovun qızının toyunda rəqs etdilər - Video
Ötən gün Milli Qəhrəman, şəhid Şükür Həmidovun qızı Əzizənin toyu olub.
Kult.az milli.az-a istinadla xəbər verir ki, Əzizə xanım Nicat adlı bəylə ailə qurub.
Toyda Ordumuzun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Aprel döyüşləri və Vətən müharibəsinin komandanlarından olan general-leytenant Mayis Bərxudarov da iştirak edib.
Qeyd edək ki, Şükür Həmidov Aprel döyüşlərində "Lələtəpə"nin alınması uğrunda gedən döyüşlərdə şücaət göstərib.
Toydan görüntüləri təqdim edirik:
Mənbə
axar.az