Cəmiyyət

Efiopiyanın baş naziri Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib

27 Feb 2026, 09:44 2 baxış
Efiopiyanın baş naziri Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib
Fevralın 27-də Azərbaycanda rəsmi səfərdə olan Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. Həmçinin görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim Tamerlan Əliyevin məzarları ziyarət olunub və məzarların önünə gül dəstələri qoyulub.
Efiopiyanın baş naziri Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib
Mənbə oxu.az

Oxşar Xəbərlər