Cəmiyyət

Kəlbəcər, Xocavənd və Horovluya köç karvanı yola salındı

27 Feb 2026, 09:08 2 baxış
Kəlbəcər, Xocavənd və Horovluya köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.


Axar.az xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə, 118 nəfər, Xocavənd şəhərinə 41 ailə, 138 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndinə isə 40 ailə, 196 nəfər köçürülüb.


Kəlbəcər və Xocavənd şəhərlərinə, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Mənbə axar.az

Oxşar Xəbərlər