Cəmiyyət

Onların əmək müqaviləsinə xitam verilməsi qadağan olunur

27 Feb 2026, 09:15 2 baxış
Onların əmək müqaviləsinə xitam verilməsi qadağan olunur

Əmək müqaviləsinə xitam verilməsi qadağan olunan işçilərin siyahısının genişləndirilməsi təklif edilir.


Axar.az xəbər verir ki, bu barədə İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.


Sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.


Qeyd edilib ki, 60 yaşdan yuxarı olan şəxslərin əmək müqaviləsinə xitam verilməsinin qadağan olunması təklif edilir.


Hazırkı qanunvericiliyə görə, işəgötürən tərəfindən:


- hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;


- yeganə qazanc yeri işlədiyi iş yeri olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;


- əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinə xitam verilməsi qadağandır.


Məruzədə yer alan təkliflər sırasında dövlət qulluğunda azı 35 il iş stajı olan şəxslərin güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər siyahısına daxil edilməsi də var.

Mənbə axar.az

Oxşar Xəbərlər