Digər

Əgər bu olmasa, Ukraynada sülh sazişi imzalanmayacaq

27 Feb 2026, 09:22 2 baxış
Əgər bu olmasa, Ukraynada sülh sazişi imzalanmayacaq

Ukraynalılar Moskvanın bir daha onlara qarşı silah qaldırmayacağına əmin olmayınca, Ukrayna ilə Rusiya arasında sülh sazişini imzalamayacaq.


Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff deyib.


“Ukrayna və onun xalqı diplomatik həll tapılacağı təqdirdə sülh içində yaşaya biləcəklərinə inanmasa, heç bir razılaşma olmayacaq. Son nəticə – real sülh olmalıdır. Mən hesab edirəm ki, bunun üçün ABŞ tərəfindən sərt təhlükəsizlik protokolları, həmçinin Avropa tərəfindən də güclü təhlükəsizlik təminatları tələb olunacaq. Biz ilk Cenevrə görüşündə qarşıya məqsəd qoymuşduq. Bunu formalaşdırmaq üçün uzun saatlar işlədik”, – deyə o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər