Cəmiyyət

Poladəritmə sexində partlayış: xəsarət alanlar var

27 Feb 2026, 09:40 2 baxış
Poladəritmə sexində partlayış: xəsarət alanlar var

Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində yerləşən poladəritmə sexində partlayış hadisəsi baş verib.


Axar.az Report-a istinadən xəbər verir ki,sexdə quraşdırılmış sobanın partlaması nəticəsində müəssisədə fəhlə işləyən 1994-cü il təvəllüdlü İsmayılov Elməddin Nurəddin oğlu, 1989-cu il təvəllüdlü Davidov Ceyhun Zakir oğlu və 1997-ci il təvəllüdlü Məmmədov Coşğun Ruşan oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.


Yaralılar dərhal tibb müəssisəsinə çatdırılıb. Onlara zəruri tibbi yardım göstərilib.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər