Digər
Annadan üzr istəyirəm - Paşinyan
Annanın qərarına hörmətlə yanaşıram.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan öz Feysbuk səhifəsində yazıb.
“Son 30 il ərzində bütün çətin günlərimdə o yanımda olub. Mənim dayağım və arxam olub. Əmin deyiləm ki, mən onun üçün eyni cür olmuşam.
Bəlkə də ona daha çox acı yaşatmışam, buna görə üzr istəyirəm”, - o qeyd edib.
Qeyd edək ki, Anna Akopyan Ermənistanın Baş naziri Nikol Paşinyandan ayrıldığını və hökumət evini tərk etdiyini açıqlayıb.
Mənbə
axar.az