Digər
Ermənistan bizə söz verdi... - Şirqulami
Ermənistan heç vaxt İrana qarşı addım üçün tramplin olmayacağına zəmanət verdi.
Axar.az xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqulami deyib.
O əlavə edib ki, Ermənistanla İran arasında qarşılıqlı etimad mövcuddur:
“Biz bu məsələyə görə (“Trampın yolu” ilə bağlı – red.) Ermənistan rəhbərliyi ilə daim əlaqə saxlayırıq. Bu yolun məqsədi imkanlar yaratmaq və sülhü dəstəkləməkdirsə, deməli, biz bununla razıyıq. ABŞ-ın İrana qarşı düşmən münasibətini nəzərə alsaq, narahatlıqlarımız var idi və onları erməni həmkarlarımızla konstruktiv şəkildə müzakirə etdik”.
Mənbə
axar.az