Digər

Hüseyn Həsənov Rusiyaya 300 milyon ödədi

26 Feb 2026, 15:33 2 baxış
Hüseyn Həsənov Rusiyaya 300 milyon ödədi

Rusiyada “çirkli pulların yuyulmasında” ittiham olunan azərbaycanlı videobloqçu Hüseyn Həsənov 170 milyon rubl məbləğində vergi borcunu ödəyib.


Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Mixail Yusupov bildirib.


“Hüseyn Həsənov 2024-cü ildə 170 milyon rubl vergi borcunu ödəyib, faizlər və cərimələrlə birlikdə təxminən 300 milyon rubl borcu tam şəkildə bağlayıb”, - vəkil deyib.


Moskvanın Presnenski Məhkəməsi Həsənova qarşı cinayət işinin qiyabi dinlənilməsinə başlayıb. O, Rusiya Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi (çirkli pulların yuyulması) ilə qiyabi ittiham olunub. Həsənov qiyabi həbs edilib və beynəlxalq axtarışa verilib.

Mənbə axar.az

Oxşar Xəbərlər