Digər

Bu hadisə ABŞ-ın aqressiv təxribatıdır - Zaxarova

26 Feb 2026, 13:48 2 baxış
Bu hadisə ABŞ-ın aqressiv təxribatıdır - Zaxarova

ABŞ bayrağı altında üzən qayığın Kubanın ərazi sularına daxil olması ilə bağlı insident Vaşinqtonun aqressiv təxribatıdır.


Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.


“ABŞ-ın məqsədi vəziyyəti gərginləşdirmək və münaqişəni alovlaşdırmaqdır”, - o bildirib.


Qeyd edək ki, ABŞ bayrağı altında üzən Florida qeydiyyatlı kater Kuba sularına daxil olub və göyərtəsində olan insanlar onlara yaxınlaşan kubalı hərbçiləri atəşə tutub.

Mənbə axar.az

Oxşar Xəbərlər