İqtisadiyyat

Azərbaycanda 276 HEKTAR TORPAQ SAHƏSİ ilə bağlı sərəncam verildi

25 Feb 2026, 16:50 1 baxış
Azərbaycanda 276 HEKTAR TORPAQ SAHƏSİ ilə bağlı sərəncam verildi
"Ötən il 10 877.62 ha torpaq sahəsinin kateqoriyasının və məqsədli istifadə təyinatının dəyişdirilməsi ilə bağlı 734 müraciət daxil olub". Oxu.Az-ın məlumatına görə, əvvəlki dövrlərdə daxil olmuş müraciətlər nəzərə alınmaqla, 122 müraciət üzrə 276.73 ha torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı sərəncam layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. "Vurğulanır ki, əvvəlki dövrlərdə Nazirlər Kabinetinə təqdim edilmiş müraciətlər nəzərə alınmaqla 11 müraciət üzrə 225.6 ha torpaq sahəsinin kateqoriyası Nazirlər Kabinetinin sərəncamı ilə dəyişdirilib. Bildirilir ki, əvvəlki dövrlərdə daxil olmuş müraciətlər nəzərə alınmaqla, 91 müraciət üzrə 3 877.5 ha torpaq sahəsinə dair sənədlər rəylərinin alınması üçün aidiyyəti dövlət orqanlarına göndərilib. Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər