Cəmiyyət

Qar yağacaq, temperatur 8 dərəcə düşəcək - Xəbərdarlıq

25 Feb 2026, 16:16 2 baxış
Qar yağacaq, temperatur 8 dərəcə düşəcək - Xəbərdarlıq

Azərbaycanda sabahdan havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək.


Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.


Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fevralın 27-si axşamdan martın 2-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, əsasən axşam və gecə saatlarında sulu qara keçəcəyi ehtimal olunur.


Azərbaycanın rayonlarında isə fevralın 26-sı günün ikinci yarısından başlayaraq martın 2-dək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimalı var.


Bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər