Dünya

Almanın içində gizlədilən milyonluq brilyant: Tarixi oğurluğun təəccüblü sonluğu - Foto

18 Oct 2026, 06:32 2 baxış
Almanın içində gizlədilən milyonluq brilyant: Tarixi oğurluğun təəccüblü sonluğu - Foto
Fransada nadir çəhrayı brilyant təxminən 100 il əvvəl baş vermiş oğurluq hadisəsindən sonra ilk dəfə nümayişə çıxarılıb. Oxu.Az BBC-yə istinadən xəbər verir ki, qiymətli daş 1926-cı ilin oktyabrında baş verən səs-küylü qarətdən qısa müddət əvvəl ictimaiyyətə təqdim edilmişdi. "Qrand Konde" (Grand Condé) adı ilə tanınan, 9.01 karat çəkili, armud formalı nadir brilyant Paris yaxınlığındakı Şantiyi qəsrinə gecə basqını zamanı oğurlanıb. Həvəskar oğrular daşı əvvəlcədən içini oyduqları almanın içərisində gizlədiblər. Fransa inqilabı illərindən salamat qalan azsaylı kral daşlarından biri olan brilyant oğurluqdan bir neçə həftə sonra tapılıb. Maraqlıdır ki, daş təsadüfən aşkarlanıb: hotelin xadiməsi cinayətkarların qaldığı otaqda olan almanı dişləyərkən onun içərisində gizlədilmiş qiymətli daşı tapıb. İndi brilyantı Şantiyi qəsrində yerləşən Konde Muzeyində (Musée Condé) yenidən görmək mümkündür. "Çəhrayı brilyant" (Le Diamant Rose) adlı sərgi yanvarın 3-dək davam edəcək. Muzeyin direktoru Matye Deldikin sözlərinə görə, alma ilə bağlı hadisə inanılmaz səslənsə də, həmin dövrün mətbuatında geniş işıqlandırılıb. Təbiimənşəli çəhrayı brilyantlara olduqca nadir hallarda rast gəlinir və onların dəyəri çox vaxt on milyonlarla dollarla ölçülür. "Sotheby"s" hərrac evinin məlumatına görə, belə bir daş üçün ən yüksək satış məbləği 2017-ci ildə qeydə alınıb. Həmin brilyant 71.2 milyon dollara (121 milyon manata) satılıb. "Qrand Konde" brilyantının dəqiq mənşəyi isə sirr olaraq qalır. Şantiyi qəsrinin nümayəndələrinin bildirdiyinə görə, daşın adı ilk dəfə 1740-cı ildə şahzadə IV Lüdovikin (Lui Anri de Burbon) ölümündən sonra tərtib edilmiş əmlak siyahısında çəkilib. Daha sonra brilyant Fransa kralı I Lui-Filippin həyat yoldaşı, Siciliya-Burbon kraliçası Mariya-Amaliyanın kolleksiyasına daxil olub. Sonradan daş onun oğlu, şahzadə Anri Orleana keçib. Şahzadə brilyantı Fransa İnstitutuna vəsiyyət edib. Hazırda Parisdən 50 kilometr şimalda yerləşən Şantiyi qəsrinin və Konde Muzeyinin kolleksiyalarında minlərlə sənət əsəri və əlyazma saxlanılır.
{{gallery}}
Almanın içində gizlədilən milyonluq brilyant: Tarixi oğurluğun təəccüblü sonluğu - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər