Dünya
Ekvadorda meşə yanğını qədim sirri üzə çıxardı: Alimlər unikal tapıntı aşkarladılar - Foto
Ekvadorun paytaxtı Kito yaxınlığındakı Serro-Kasitaqua dağının yamaclarında baş verən meşə yanğını unikal arxeoloji kəşfə səbəb olub. Yanğın nəticəsində bitki örtüyünün bir hissəsi məhv olub və sıx kolluqların altında gizlənən qədim daş pilləkənin bir parçası üzə çıxıb. Oxu.Az KP.ru-ya istinadən xəbər verir ki, bu barədə Kito şəhər meriyasının mətbuat xidmətindən məlumat verilib.
Kəşf Ekvador Mədəni İrs İnstitutunun (IMP) əməkdaşları yanğından zərər çəkmiş ərazilərə baxış keçirərkən aşkarlanıb. Birbaşa qayaya həkk olunmuş konstruksiya Lulumbamba vadisində, İspaniyanın bölgəyə gəlişindən əvvəl mövcud olmuş tarixi cığırın - "kulunko"nun yaxınlığında yerləşir. Tədqiqatçıların ilkin qiymətləndirmələrinə görə, bu memarlıq obyekti İnklər imperiyası dövrünə aiddir. Hazırda IMP-nin mütəxəssisləri aşkar edilmiş tikililərin dəqiq yaşını və təyinatını müəyyənləşdirmək üçün kolluqlardan təmizlənmiş ərazidə ətraflı araşdırma aparırlar.

Mənbə
oxu.az
Oxşar Xəbərlər