Cəmiyyət
Allahşükür Paşazadənin oğlu vəzifədən azad edildi
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC İdarə Heyətinin sədrinin müşaviri Məhəmməd Paşazadə vəzifəsindən öz ərizəsi əsasında ayrılıb.
Axar.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-dən bildirilib.
Vurğulanıb ki, proses əmək qanunvericiliyinə və şirkətin daxili prosedurlarına uyğun şəkildə həyata keçirilib.
Qeyd edək ki, Məhəmməd Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin oğludur.
Mənbə
axar.az