Cəmiyyət

Şagirdlərin elektron yerdəyişməsi başladı

25 Feb 2026, 15:20 2 baxış
Şagirdlərin elektron yerdəyişməsi başladı

2025-2026-ci tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi başlayıb.


Axar.az xəbər verir ki, yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, 1-10-cu sinifləri əhatə edir.


Yerdəyişmə www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.


Qeyd edək ki, bu gündən 11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 9-cu sinif üzrə yerdəyişmə prosesi martın 5-i saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər