İqtisadiyyat

Gümüşün qiyməti 90 dolları keçdi

25 Feb 2026, 13:34 1 baxış
Gümüşün qiyməti 90 dolları keçdi
"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin mart ayında çatdırılma üçün gümüş füçerslərinin qiyməti 2026-cı il fevralın 4-dən bəri ilk dəfə olaraq trua unsiyası üçün 90 dolları keçib. Oxu.Az xəbər verir ki, bu, ticarət platformasının məlumatlarından irəli gəlir. Bakı vaxtı ilə saat 09:34-ə olan məlumata görə, qiymətli metalın qiyməti 2.86% artaraq, trua unsiyası üçün 90.01 dollar təşkil edib. Saat 9:50-də gümüşün qiyməti trua unsiyası üçün 90.97 dollara (+3.96%) çatıb. "Comex" birjasında 2026-cı ilin aprel ayı üçün qızıl füçerslərinin trua unsiyası isə 5 227.6 dollar (+0.99%) təşkil edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər