Cəmiyyət

Ramiz Mehdiyevlə bağlı məsələ AMEA-nın gündəliyindən çıxarıldı

25 Feb 2026, 11:07 2 baxış
Ramiz Mehdiyevlə bağlı məsələ AMEA-nın gündəliyindən çıxarıldı
Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlüyündən xaric edilməsi məsələsi akademiyanın bugünkü ümumi yığıncağının gündəliyindən çıxarılıb. Oxu.Az-ın məlumatına görə, AMEA-nın bugünkü iclasında akademiyanın prezidenti İsa Həbibbəyli, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, dövlət və hökumət rəsmiləri iştirak edirlər. İclasın gündəliyinə bir məsələ - AMEA-nın elmi təşkilatlarının və ali təhsil müəssislərinin 2025-ci ildəki elmi-təşkilati fəaliyyəti haqqında məruzə daxil edilib. Sonda isə AMEA-nın Rəyasət Heyətinin qərarı olacaq. Xatırladaq ki, daha əvvəl ümumi yığıncağın gündəliyinə Ramiz Mehdiyevin həqiqi üzvlükdən çıxarılması ilə bağlı məsələnin daxil edildiyi bildirilirdi. Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər