Cəmiyyət
Göyçayın Potu kənd qəbiristanlığını su basıb - VİDEO
Göyçay rayonu, Potu kənd qəbiristanlığını su basıb. Bu barədə Oxu.Az-a videogörüntü daxil olub. Kənd sakinlərinin iddiasına görə, mənbəyini Göyçay çayından götürən və Potu, Şəhadət, Qarabağlar kəndləri istiqamətində axan su arxının uzun müddət təmizlənməməsi nəticəsində tullantı və lil səbəbi ilə məcrası tutulub. Yağan yağışlardan sonra arxda suyun səviyyəsi artaraq daşqına səbəb olub və qəbiristanlığı sel basıb. Nəticədə bir neçə qəbir tam dağılıb, bir çox məzar su altında qalıb, qəbiristanlığa ciddi ziyan dəyib. Məsələ ilə bağlı məlumat almaq üçün Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova ilə əlaqə saxladıq.
O, Oxu.Az-a açıqlamasında bildirib ki, problemdən məlumatlıdırlar: "Qəbiristanlığı yaxınlıqda yaşayan vətəndaşın məsuliyyətsizliyinə görə su basıb. Vətəndaş əkin sahəsini suvarmaq üçün suyu açıb, vaxtında bağlamadığı üçün bu problem yaranıb. Vətəndaşla bağlı tədbir görülüb. Subasmanın qarşısı alınıb, məsələ artıq həll olunub".
{{gallery}} Məhərrəm Əliyev

Mənbə
oxu.az