Cəmiyyət

Yevlaxda kafedə partlayış: ölən var

25 Feb 2026, 09:58 2 baxış
Yevlaxda kafedə partlayış: ölən var

Yevlax rayonunda ölümlə nəticələnən partlayış hadisəsi baş verib.


Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsi ərazisindəki kafelərdən birində olub.


Hadisə zamanı kafedə qaz balonu partlayıb. Partlayış nəticəsində orada olan Yevlax rayon sakini, 1969-cu il təvəllüdlü Ruslan Şirin oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Yevlax Rayon Mərkəzi xəstəxanasına yerləşdirilən R.Sadıqov orada ölüb.


Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər