Cəmiyyət
Ağalı "Model Kəndlər Şəbəkəsinə" daxil edildi - Foto
Zəngilanın Ağalı kəndi Birləşmiş Millətlər Təşkilatının "Qida və Kənd təsərrüfatı Təşkilatı" (UN, FAO) tərəfindən təbii irsin qorunması, biomüxtəlifliyin dəstəklənməsi və dayanıqlı kənd inkişafına verdiyi töhfəyə görə "Model Kəndlər Şəbəkəsinə" daxil edilib.
Axar.az xəbər verir ki, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən bildirilib.
Mənbə
axar.az