İqtisadiyyat

SOCAR-ın rəhbəri "Wood" şirkətinin icraçı prezidenti ilə görüşüb

24 Feb 2026, 23:32 1 baxış
SOCAR-ın rəhbəri "Wood" şirkətinin icraçı prezidenti ilə görüşüb
24 fevral 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf "Wood" şirkətinin icraçı prezidenti Stiv Nikol ilə görüşüb. Oxu.Az bu barədə SOCAR-a istinadən xəbər verir. Görüşdə tərəflər arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub, birgə həyata keçirilən layihələrin icra vəziyyəti müzakirə edilib. Söhbət zamanı SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələr, eləcə də "midstream", "upstream", "downstream", bərpaolunan enerji, rəqəmsallaşdırma sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər