Cəmiyyət

Qədim divarlar arasında Novruz nəfəsi: İçərişəhərdə qeyd olunan Su çərşənbəsindən FOTOREPORTAJ

24 Feb 2026, 20:24 2 baxış
Qədim divarlar arasında Novruz nəfəsi: İçərişəhərdə qeyd olunan Su çərşənbəsindən FOTOREPORTAJ
Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi olan Su çərşənbəsi qeyd olunur. Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, xalq inanclarına görə, Tanrı ilk olaraq suyu yaratdığı üçün birinci çərşənbə məhz suya həsr edilib. Bəzi mənbələrdə bu gün "əzəli çərşənbə" və "gül çərşənbə" adları ilə də bilinir. Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı olaraq da qəbul edildiyi üçün insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulayırlar. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir. Su çərşənbəsində qədim ənənəyə uyğun olaraq küçələrdə, məhəllələrdə tonqallar qalanır, insanlar tonqalın üstündən tullanırlar.
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Mənbə oxu.az

Oxşar Xəbərlər