Cəmiyyət
Nizami rayonu ərazisində sürücülər üçün yaranan problem HƏLL OLUNDU
Bakının Nizami rayonu ərazisində yol nişanının üstünü budaqların bağlaması sürücüləri çətin vəziyyətdə qoyub. Oxu.Az xəbər verir ki, söhbət Naxçıvanski küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsindən gedir. Belə ki, yol kənarında olan ağacların budaqları sürücülərə həm işıqforu, həm də "yol ver" nişanını görməkdə çətinliklər yaradıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı birliyindən bildirildi ki, sözügedən hal birliyin əməkdaşları tərəfindən aradan qaldırılıb. "Yol nişanlarının qarşısını kəsən budaqların təmizlənməsi üçün nişanın balansdaşıyıcısı tərəfindən birliyə yazılı müraciət ünvanlandıqdan sonra əməkdaşlar tərəfindən dərhal tədbirlərin görülməsi təmin edilir. Lakin buna baxmayaraq, birliyin əməkdaşları tərəfindən mütəmadi olaraq monitorinqlər həyata keçirilir və belə hallar aşkarlandıqda aradan qaldırılır", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, sözügedən problemi ilk Avtosfer.az işıqlandırıb. Əzizə İsmayılova

Mənbə
oxu.az