Cəmiyyət

Qətldə təqsirləndirilən və məhkəmə araşdırması aparılan MƏHKUM ÖLDÜ

24 Feb 2026, 16:12 2 baxış
Qətldə təqsirləndirilən və məhkəmə araşdırması aparılan MƏHKUM ÖLDÜ
Bakının Hövsan qəsəbəsində qətl törətməkdə təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəməsi təxirə salınıb. Oxu.Az-ın məlumata görə, təqsirləndirilən Emil Hüseynov Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəfat edib. Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinə teleqram daxil olub. Qeyd edək ki, hadisə 2025-ci il avqustun 20-də Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində baş verib. 1995-ci il təvəllüdlü Rasim Lariyonovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalar zamanı 1975-ci il təvəllüdlü Emil Hüseynovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rasim Lariyonovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb Elgün Həsənli
Mənbə oxu.az

Oxşar Xəbərlər