Cəmiyyət

Azərbaycanda bütün təhsil sənədlərinin elektron formada veriləcəyi vaxt açıqlandı

24 Feb 2026, 13:52 2 baxış
Azərbaycanda bütün təhsil sənədlərinin elektron formada veriləcəyi vaxt açıqlandı
"Nazirlər Kabinetinin qərarına əsasən, bundan sonra bütün təhsil sənədləri - attestatlar, diplomlar və sertifikatlar yalnız elektron formatda veriləcək və kağız daşıyıcılar artıq təqdim edilməyəcək". Oxu.Az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov "Təhsilin rəqəmsallaşması" mövzusunda keçirilən brifinqdə deyib.
"Bu tədris ili başa çatdıqdan sonra bütün təhsil sənədləri yalnız elektron qaydada veriləcək. Keçid dövrü olaraq, bəzi tələbələr və şagirdlər kağız sənədləri əldə edə bilərlər, amma gələn tədris ilindən etibarən yalnız elektron sənədlər olacaq", - deyə o bildirib. V.Xanlarov Baku TV-yə açıqlamasında qeyd edib ki, elektron təhsil sənədlərinin yoxlanması daha asan olacaq və onların təhlükəsizliyi təmin ediləcək: "Elektron qaydada verilən sənədin yoxlanması daha rahatdır və neqativ hallarda istifadə edilməsi mümkün deyil. Həmçinin sənədlərin verilməsi daha sürətli olacaq".
Mənbə oxu.az

Oxşar Xəbərlər