İqtisadiyyat
Azərbaycanda yeni müəssisələr açılacaq
"2026-cı ildə ölkənin bir çox regionlarında yeni müəssisələr açılacaq". Bu fikirləri Oxu.Az-ın sualına cavab olaraq İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, ölkənin bir çox sənaye parklarında açılışlar nəzərdə tutulub: "300 milyon manat dəyərində müəssisələrin fəaliyyətə başlaması nəzərdə tutulub ki, bu da 3 000 yeni iş yerinin açılması deməkdir. Həmçinin Mingəçevirdə 153 milyon manat dəyərində tekstil müəssisəsinin təməli qoyulacaq ki, burada 2 300 yeni iş yeri yaradılacaq". Məlik Məlikov
123
Mənbə
oxu.az