Cəmiyyət

"İdrak"da şagirdi tərəfindən güllələnən müəllimə liseydə işinə qayıdıb?

24 Feb 2026, 11:32 2 baxış
"İdrak"da şagirdi tərəfindən güllələnən müəllimə liseydə işinə qayıdıb?
Bakıda "İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimə Şəhla Kamilovanın müalicəsi ev şəraitində davam etdirilir. Bu barədə Oxu.Az-ın əldə etdiyi məlumatda bildirilib. Məlumata görə, müəllimənin vəziyyəti yaxşı olaraq qiymətləndirilir. Lakin, o, hələ "İdrak" liseyindəki işinə geri dönməyib. Xatırladaq ki, fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində silahlı insident baş verib. Orada təhsil alan 10-cu sinif şagirdi Ə.Ş odlu silahdan atəş açaraq riyaziyyat müəlliməsi Şəhla Kamilovanı güllələyib. Şükufə Süleymanlı
Mənbə oxu.az

Oxşar Xəbərlər