Cəmiyyət

Asif Məmmədovun Rusiya vətəndaşlığı ləğv edildi

24 Feb 2026, 11:42 2 baxış
Asif Məmmədovun Rusiya vətəndaşlığı ləğv edildi

İvanovo vilayətinin “Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri Asif Məmmədov Rusiya vətəndaşlığından məhrum edilib.


Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.


Bildirilib ki, qərar Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən verilib.


Buna səbəb kimi "milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətlər" göstərilir.


Qeyd edək ki, Asif Məmmədov 2025-ci ilin sentyabrında İvanovo Şəhər Dumasına namizədliyini irəli sürmək istəyib və namizəd kimi qeydiyyatdan keçib. Lakin bu məlumatın dərc olunmasından sonra yaranan onlayn qalmaqala görə İvanovo Seçki Komissiyası onun qeydiyyatını ləğv edib.

Mənbə axar.az

Oxşar Xəbərlər