İqtisadiyyat

Qızıl kəskin bahalaşdı: Son illərin rekordu

24 Feb 2026, 09:26 1 baxış
Qızıl kəskin bahalaşdı: Son illərin rekordu
Nyu-York Ticarət Birjasının bölməsi olan "Comex"də aprel ayı üzrə qızıl füçerslərinin qiyməti yanvarın 30-dan bəri ilk dəfə olaraq troya unsiyası üçün 5 200 dollar həddini keçib. Oxu.Az xəbər verir ki, bu, ticarət platformasının məlumatında əksini tapır. Bakı vaxtı ilə saat 03:00-a olan məlumata görə, qiymətli metalın qiyməti 1.33% artaraq bir troya unsiyası üçün 5 251.6 dollar təşkil edib. Saat 05:30-a qədər isə qızılın qiymətində artım tempi zəifləyib və unsiya üzrə 5 186.12 dollara (+0.08%) civarında qərarlaşıb.
123
Mənbə oxu.az

Oxşar Xəbərlər