Dünya
İrəvanda ABŞ səfirliyinin qarşısında avtomobil partlayıb
İrəvanda ABŞ-nin Ermənistandakı səfirliyinin binası qarşısında avtomobildə partlayış baş verib. Oxu.Az bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Yerli vaxtla saat 18:00-da baş vermiş partlayışdan sonra yanğın başlayıb. Hazırda patrul xidmətinin əməkdaşları xəsarət alanların olub-olmadığını, eləcə də avtomobilin sahibinin və sürücüsünün kimliyini müəyyənləşdirirlər.
Mənbə
oxu.az