İqtisadiyyat

Beynəlxalq Valyuta Fondu Azərbaycan neftinin qiymətinə dair proqnozlarını açıqlayıb

19 Feb 2026, 22:08 1 baxış
Beynəlxalq Valyuta Fondu Azərbaycan neftinin qiymətinə dair proqnozlarını açıqlayıb
Bu il Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti bir barel üçün 66.7 dollar təşkil edəcək. Oxu.Az Beynəlxalq Valyuta Fondunun (BVF) saytına istinadən xəbər verir ki, bu barədə BVF əməkdaşlarının Azərbaycanın 2026-cı il üzrə IV Maddə missiyasını tamamlamalarının yekunlarına dair press-relizdə deyilir. BVF-nin proqnozlarına görə, 2027-ci ildə bu göstərici 64.9 dollara qədər azalacaq, 2028-ci ildə 65.4 dollar, 2029-cu ildə isə 66.4 dollar olacaq. Qeyd edilir ki, 2030-cu ildə ixrac neftinin orta qiyməti bir barel üçün 67.2 dollara çatacaq, 2031-ci ildə isə 68.5 dollar təşkil edəcək. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində neftin qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub.
123
Mənbə oxu.az

Oxşar Xəbərlər