İqtisadiyyat

BVF-dən Azərbaycan neftinin qiyməti ilə bağlı proqnoz...

19 Feb 2026, 22:38 1 baxış
BVF-dən Azərbaycan neftinin qiyməti ilə bağlı proqnoz...

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti 2026-cı ildə bir barel üçün 66,7 ABŞ dolları təşkil edəcək.


Axar.az Report-a istinadən xəbər verir ki, 2027-ci ildə 64,9 ABŞ dollarına qədər cüzi azalmadan sonra yüksələn trend proqnozlaşdırılır: 2028-ci ildə 65,4 ABŞ dolları, 2029-cu ildə isə 66,4 ABŞ dolları.


2030-cu ildə isə ixrac neftinin orta qiyməti bir barel üçün 67,2 ABŞ dollarına çatacaq, 2031-ci ildə isə 68,5 ABŞ dolları təşkil edəcək.


Qeyd edək ki, "Azeri Light" "Brent"lə müqayisədə 2-3 dollar premiumla satılır (bir barel üçün ABŞ dolları ilə).


Azərbaycanın bu ilki dövlət büdcəsində neftin qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.


Xatırladaq ki, "Azeri Light" neftinin minimum qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimum qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında saziş çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,655 % təşkil edir.

123
Mənbə axar.az

Oxşar Xəbərlər