Dünya

Saniya Asumani: "Azərbaycana gəlməyimizin səbəbi Fransa müstəmləkəçiliyi ilə bağlı problemin həllinə nail olmaqdır"

19 Feb 2026, 16:35 2 baxış
Saniya Asumani: "Azərbaycana gəlməyimizin səbəbi Fransa müstəmləkəçiliyi ilə bağlı problemin həllinə nail olmaqdır"
"Mən həm Qəmər adalarının, həm də Mayot adasının təmsilçisiyəm. Bura toplaşmağımızın səbəbi öz adalarımızı tanıtmaq, azadlığımızı əldə etmək və hələ də müstəqil ola bilmədiyimizi dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır". Bu sözləri Oxu.Az-a açıqlamasında "Mabedja Panafricanistes" təşkilatının sədri Saniya Asumani Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilən "Neokolonializm və qlobal bərabərsizlik" adlı beynəlxalq konfransda çərçivəsində deyib. O bildirib ki, əziyyət çəkdikləri Fransa müstəmləkəçiliyinin təməlində də qanun və azadlıq anlayışının pozulması dayanır: "Burada sadəcə adını çəkdiyim iki ada ölkəsinin nümayəndələri deyil, eyni zamanda Qvadelup, Martinik, Reunion, Kanak xalqının təmsilçiləri də var. Hansı ki, onlar da öz səslərini Bakı Təşəbbüs Qrupunun vasitəçiliyi ilə dünyaya çatdırmaq istəyirlər. Çünki bu, kiçik problem deyil, sistemlidir və 100 illərdir davam edir. Azərbaycana gəlməyimizin səbəbi də bu problemin həllinə nail olmaqdır". Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər