Dünya

Polşa lideri həmyerlilərinə çağırış etdi: "İranı dərhal tərk edin"

19 Feb 2026, 16:44 2 baxış
Polşa lideri həmyerlilərinə çağırış etdi: "İranı dərhal tərk edin"
"Xahiş edirik ki, İranı dərhal tərk edin və heç bir halda ora səyahətə getməyin". Oxu.Az "İhlas" agentliyinə istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib. Ölkə lideri həmyerlilərinə ABŞ-nin İrana hücum ehtimalı ilə əlaqədar ciddi xəbərdarlıq edib: "Heç kimi qorxutmaq niyyətində deyiləm. Lakin münaqişə ehtimalı çox realdır. Keçmişdəki təcrübələrə əsasən deyə bilərəm ki, növbəti bir neçə və ya on saat ərzində təxliyə mümkün olmaya bilər".
Mənbə oxu.az

Oxşar Xəbərlər