Dünya

Abbas Abbasov: "Kolonializm ölkələr arasında əməkdaşlığa mane olan başlıca amillərdən biridir"

19 Feb 2026, 13:42 2 baxış
Abbas Abbasov: "Kolonializm ölkələr arasında əməkdaşlığa mane olan başlıca amillərdən biridir"
"Kolonializm siyasəti, qlobal bərabərsizlik dünya ölkələri arasında əməkdaşlığa mane olan başlıca amillərdən biridir". Oxu.Az xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov bu qurumun təşkilatçılığı ilə keçirilən "Neokolonializm və qlobal bərabərsizlik" adlı beynəlxalq konfransda jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, son illərdə də bəzi ölkələr asimilyasiya prosesini tətbiq edir: "Yəni, bir ölkə digər ölkəyə öz çirkin siyasi oyunlarını həyata keçirir və həmçinin orada öz dilini, dinini və adət-ənənəsini tətbiq etməyə çalışır. Bunu guya inkişafyönlü bir töhfə olaraq qəbul edirlər, amma təbii ki, biz bilirik ki, bu sadəcə assimilyasiya siyasətinin bir hissəsidir. Bu da ölkələr arasında əməkdaşlığın olmasına hər zaman böyük maneələr törədəcək". "Biz də bu problemlərə qarşı yalnız siyasi müstəvidə və BMT-də deyil, fərqli beynəlxalq platformalarda, fərqli müstəvilərdə təbdirlər həyata keçirmişik və bu fəaliyyətimiz belə də davam edəcək", - deyə icraçı direktor əlavə edib. Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər