Dünya

ABŞ Suriyadan qoşunlarının hamısını çıxarmağa hazırlaşır

19 Feb 2026, 10:24 2 baxış
ABŞ Suriyadan qoşunlarının hamısını çıxarmağa hazırlaşır
"ABŞ Suriyadan bütün qoşunlarını çıxarmağa hazırlaşır. Birləşmiş Ştatların təxminən min hərbçisinin yaxın iki ay ərzində bu ölkədən tamamilə kənarlaşdırılması gözlənilir". Oxu.Az xəbər verir ki, bu barədə "Wall Street Journal" adları açıqlanmayan üç ABŞ rəsmisinə istinadən məlumat yayıb. Nəşr vurğulayır ki, qərar ABŞ və İran arasında artan gərginliklə əlaqəli deyil. ABŞ rəsmiləri bildirib ki, ölkənin silahlı qüvvələri bu ayın əvvəlində Suriya, İordaniya və İraq sərhədlərində yerləşən strateji forpost olan Tenef qarnizonundan və Suriyanın şimal-şərqindəki Şəddadi hava bazasından geri çəkilib. Eyni rəsmilər qeyd ediblər ki, Tramp administrasiyası Suriyada ABŞ-nin hərbi mövcudluğunun artıq zəruri olmadığına qərar verib. Çünki Suriyada İŞİD-ə qarşı mübarizədə ABŞ-nin tərəfdaşı olan SDQ artıq tamamilə parçalanıb. Digər tərəfdən, başqa bir rəsmi şəxs bildirib ki, Tramp administrasiyası yeni prosesdə Əhməd əş-Şaraanın rəhbərlik etdiyi Suriya keçid hökuməti ilə sıx diplomatik münasibətlər qurmağı hədəfləyir. ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndə Tom Barrak daha əvvəl ordunun İŞİD-lə mübarizə missiyasını 99 faiz yerinə yetirdiyini söyləyib. Onun fikrincə, Suriyadakı bazaların sayı 8-dən 3-ə endirilib və bu rəqəm 1-ə qədər azaldılacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər