Dünya

Hiçem Daud: "Əlcəzair Fransa müstəmləkəçiliyinin ən şiddətli mərhələlərindən birini yaşayıb"

19 Feb 2026, 10:38 2 baxış
Hiçem Daud: "Əlcəzair Fransa müstəmləkəçiliyinin ən şiddətli mərhələlərindən birini yaşayıb"
"Əlcəzair Fransa müstəmləkəçiliyinin ən şiddətli mərhələlərindən birini yaşayıb və bu proses Əlcəzair cəmiyyətində dərin və nəsillərarası travma yaradıb". Oxu.Az xəbər verir ki, bu sözləri Əlcəzair Universitetinin siyasi elmlər üzrə tədqiqatçısı, antropoloq Hiçem Daud Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilən "Neokolonializm və qlobal bərabərsizlik" adlı beynəlxalq konfransda deyib. O bildirib ki, müstəmləkə hakimiyyəti müxtəlif zorakılıq formaları ilə özünü nümayiş etdirib: "Fiziki işgəncələr, eləcə də gündəlik psixoloji və mənəvi təzyiqlər edilib. Bu sistem yalnız bədənləri deyil, həm də şüurları nəzarət altında saxlamağı və irqi-mədəni iyerarxiyanı (tabeçilik sistemi) qəbul etdirməyi hədəfləyirdi. Bu kontekstdə fransız kolonizatoru guya "elitar irqə" mənsub şəxs kimi təqdim edilirdi. Müstəmləkə arxeologiyası da bu ideoloji yanaşmanı dəstəkləmək üçün istifadə olunurdu". "Belə ki, XX əsrin əvvəllərində Əlcəzairdə aparılan bəzi arxeoloji tədqiqatlar xüsusilə qədim Roma dövrünə aid abidələrə yönəlmişdi. Bu tədqiqatlar Fransanın varlığını qədim Roma imperiyası ilə tarixən bağlamağa və beləliklə müstəmləkə hakimiyyətinə legitimlik qazandırmağa xidmət edirdi. Bundan əlavə, müstəmləkə hüquq sistemi, xüsusilə "Yerli əhali haqqında" Qanun əlcəzairli müsəlmanları tam Fransa vətəndaşlığından məhrum edir və onları ayrı-seçkiliyə əsaslanan hüquqi rejimə tabe edirdi. Beləliklə, Əlcəzairdə müstəmləkə konteksti fiziki zorakılıq, dominantlıq və saxta elmi əsaslandırma ilə möhkəmləndirilərək dərin iyerarxik struktur üzərində qurulmuşdu", - deyə tədqiqatçı əlavə edib. Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər