Dünya

Tədqiqatçı: "Kolonializm daha təhlükəli səviyyəyə keçir"

19 Feb 2026, 10:52 2 baxış
Tədqiqatçı: "Kolonializm daha təhlükəli səviyyəyə keçir"
"Bu günə qədər müstəmləkəçilik əsasən məkan, yəni ərazi üzərində qurulurdu. Əraziyə nəzarət, yerli mədəniyyəti və elmi dəyişdirmək və ya sıradan çıxarmaq, texnologiyalar vasitəsilə mühiti yenidən formalaşdırmaq, siyasi sistemləri bu dəyişikliklərə uyğunlaşdırmaq kolonializmin əsas elementləri idi. İndi isə proses daha incə və təhlükəli bir səviyyəyə keçir". Oxu.Az xəbər verir ki, bu sözləri memarlıq və antropologiya sahələrində ixtisaslaşmış müstəqil tədqiqatçı, "Afrika memarlığı" platformasının təsisçisi Sename Kofi Aqboginu Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı keçirilən "Neokolonializm və Qlobal Bərabərsizlik" adlı beynəlxalq konfransda deyib. O bildirib ki, kolonializmin yeni formasında artıq yalnız məkanlar deyil, insanın bioloji varlığı da təsir altına düşür: "Başqa sözlə desək, insanlar da bu prosesin bir hissəsinə çevrilirlər. Bu, yeni bir "ərazi"nin yaranması deməkdir - insanın cismi və şüuru da yeni müstəmləkə sahəsinə çevrilir. Bu isə böyük təhlükədir". "İstər ekoloji, istər rəqəmsal, istərsə də beynəlxalq hüququn zəifləməsi, siyasi tarazlığın pozulması kimi bütün bu təhlükələr yeni dövrümüzün problemləridir və biz bu ağır məsələlərin çoxluğu ilə qarşı-qarşıyayıq"- deyə, çıxışçı əlavə edib. Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər