Dünya
Trampdan etiraf: Məşhur repçi Niki Minajla bağlı hisslərini dilə gətirdi - VİDEO
ABŞ Prezidenti Donald Tramp məşhur repçi Niki Minaja olan heyranlığını dilə gətirib. Oxu.Az-ın Aif.ru-ya istinadən xəbərinə görə, Tramp bu etirafı Afroamerika tarixi ayına həsr olunmuş tədbirdə edib. O, repçi ilə görüşlərindən birini xatırlayıb və orada sənətçinin maniküründən xüsusilə təsirləndiyini bildirib. Hətta Minajdan uzun dırnaqlarının təbii olub-olmadığını da soruşub, sənətçi isə bu sualı cavabsız qoymağı seçib. "O elə gözəldir ki. Onun çox gözəl dərisi var. Onun dırnaqları elə uzun idi ki. Və o... hər şeyi başa düşür. Açıq danışsaq, bu, ən vacib şeydir", - deyə Donald Tramp qeyd edib.
Xatırladaq ki, daha əvvəl Vaşinqtonda keçirilən sammitdə rep ulduzu özünü Trampın ən böyük pərəstişkarı adlandırmışdı. O zaman siyasətçi də öz növbəsində komplimentə cavab olaraq yenidən onun dırnaqlarını tərifləmişdi və zarafatla özünə də eyni manikürü etdirəcəyinə söz vermişdi.

Mənbə
oxu.az