Cəmiyyət

Azərbaycanla Ukrayna arasında mühüm müzakirə

18 Feb 2026, 23:19 2 baxış
Azərbaycanla Ukrayna arasında mühüm müzakirə

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Ukraynanın ölkəmizdəki səfiri Yuri Qusev ilə görüş keçirib.


Bu barədə Axar.az-a ANAMA-dan bildirilib.


Görüşdə hər iki ölkə üçün prioritet sahələrdən biri olan mina təhlükəsi ilə mübarizə istiqamətində ikitərəfli əməkdaşlıq perspektivləri, eləcə də ANAMA ilə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti arasında Anlaşma Memorandumunun icrası məsələləri müzakirə edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər