İqtisadiyyat

Azərbaycanda yeni platformanın yaradılması planlaşdırılır

18 Feb 2026, 10:36 1 baxış
Azərbaycanda yeni platformanın yaradılması planlaşdırılır
"Azərbaycanda yeni vahid rəqəmsal platformanın yaradılması planlaşdırılır". Oxu.Az xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov 2025-ci ilin fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, ölkədə istehsal olunan rəqabətqabiliyyətli məhsulların təşviqi və təqdimatı məqsədilə vahid rəqəmsal platformanın yaradılması vacibdir: "Bu platformada rəqəmsal məhsullar, texnoloji həllər və alətlər bir məkanda toplanmalı, tərəfdaşlıq imkanları təqdim edilməli, istifadəçilər ehtiyac duyduqları rəqəmsal alətləri axtarıb tapmalı və tətbiq prosesinə keçid imkanları əldə etməlidirlər". Aygün Mirakif
Azərbaycanda yeni platformanın yaradılması planlaşdırılır
Mənbə oxu.az

Oxşar Xəbərlər