İqtisadiyyat

2026-ci ildə yeni süni intellekt həlli yaradılacaq - Xaricdən gələnlərə müjdə

18 Feb 2026, 10:53 1 baxış
2026-ci ildə yeni süni intellekt həlli yaradılacaq - Xaricdən gələnlərə müjdə
"2026-ci ildə yeni süni intellekt həlli yaradılacaq". Oxu.Az xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov 2025-ci ildəki fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
İcraçı direktor bildirib ki, bu həll xarici ölkələrdən Azərbaycana gələn şəxsləri maraqlandıran suallara cavab tapmaqda kömək edəcək: "Bu platformada xarici vətəndaşlar yaşayış, iş qurmaq, karyera və əmək fəaliyyəti, dövlət qurumlarına əlçatanlıq və s. mövzuları əhatə edəcək suallara qısa müddətdə cavab alacaqlar". Aygün Mirakif
2026-ci ildə yeni süni intellekt həlli yaradılacaq - Xaricdən gələnlərə müjdə
Mənbə oxu.az

Oxşar Xəbərlər