Dünya
Kot-d'İvuar sahillərində nəhəng qaz yatağı kəşf edilib
Kot-d'İvuar sahillərində, Qvineya körfəzində böyük təbii qaz yatağı kəşf edilib. Oxu.Az xəbər verir ki,bu barədə "Business Insider Africa" məlumat yayıb. Məlumata görə, yataq sahildən 45 km məsafədə, 2 200 metr dərinlikdə yerləşir, qazılan quyunun dərinliyi isə 4 400 metrdir. Qazma işləri İtaliyanın "Eni" şirkəti və Kot-d'İvuarın "Petroci Holding" dövlət şirkəti ilə birgə aparılıb. "Calao South" adlanan yatağın ehtiyatları təxminən 85 milyard kubmetr qaz və 100 milyon barel kondensat təşkil edir.
Mənbə
oxu.az