Dünya

Rusiyada hərbi komendantlıqda partlayış: Ölənlər və dağıntılar altında qalanlar var

17 Feb 2026, 18:28 2 baxış
Rusiyada hərbi komendantlıqda partlayış: Ölənlər və dağıntılar altında qalanlar var
Rusiyanın Leninqrad vilayətinin Sertolovo şəhərində hərbi komendantlıq binasında partlayış baş verib. Oxu.Az xəbər verir ki, bu barədə 78.ru saytı məlumat yayıb. Bildirilib ki, partlayışdan sonra binanın ikinci və üçüncü mərtəbələrində çökmə baş verib, əlavə uçqun təhlükəsi mövcuddur. İlkin məlumatlarda iki nəfər həlak olduğu qeyd olunub. Daha sonra isə daha bir şəxsin öldüyü barədə informasiya yayılıb. Hadisə yerində təcili yardım xidmətləri işləyir. Dağıntılar altında daha bir neçə nəfərin qalması mümkündür.
Mənbə oxu.az

Oxşar Xəbərlər