İqtisadiyyat

Azərbaycanda YENİ CƏRİMƏLƏR gəlir - 30 manatdan 5000 manatadək

17 Feb 2026, 11:00 1 baxış
Azərbaycanda YENİ CƏRİMƏLƏR gəlir - 30 manatdan 5000 manatadək
Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə cərimələr müəyyənləşir. Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Belə ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunula qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə ediləcək. Elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 650 manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər 4 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcək. Qanun təsdiqlənərsə, 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək. Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər