Cəmiyyət

Bakıda köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi - Video

17 Feb 2026, 10:10 2 baxış
Bakıda köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi - Video

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı şəhəri, Nizami rayonu ərazisində yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.


Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.


Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.


Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onsəkkizmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olub giriş qapısını açaraq 2020-ci il təvəllüdlü azyaşlını valideynlərinə təhvil veriblər.


Mənbə axar.az

Oxşar Xəbərlər