Cəmiyyət
Ağdam şəhər sakini: "Dörd yaşımda çıxdığım doğma yurda bu gün qayıtmaq nəsib olub"
"Bu gün sevincimizin həddi-hüdudu yoxdur". Bu sözləri Oxu.Az-a açıqlamasında fevralın 17-si Ağdam şəhərinə köç edən Vüsalə Əsgərova deyib. O bu gün əsgər anası kimi doğma yurduna qayıtdığını vurğulayıb: "Mən oğlumla fəxr edirəm ki, vətəni qoruyur. Mən Ağdamdan çıxanda uşaq idim. Dörd yaşımda çıxdığım doğma yurda bu gün qayıtmaq nəsib olub. Ölkə rəhbərimiz, Prezident İlham Əliyev sağ olsun, onun sayəsində bu günü görmək bizlərə qismət oldu". Aygün Mirakif
Mənbə
oxu.az