Cəmiyyət

Azərbaycanda bu təşkilatda rəhbərliyin 95%-i vəfat edib

16 Feb 2026, 20:56 2 baxış
Azərbaycanda bu təşkilatda rəhbərliyin 95%-i vəfat edib

Azərbaycan Jurnalistlər Birliyində sədrin müavini vəzifəsinə hələ rəsmi təyinat yoxdur.


Axar.az xəbər verir ki, bunu Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Modern.az-a açıqlamasında bildirib:


"Təyinat barədə konkret vaxt bilmirik. Amma yeni idarə heyəti hazırlayırıq. Hazır olan kimi, bu barədə ictimaiyyətə məlumat veriləcək".


O qeyd edib ki əvvəlki idarə heyətinin demək olar ki, 95 faizi vəfat edib:


"Bu səbəbdən yeni idarə heyəti formalaşdırılacaq".


Təşkilatın mindən çox üzvü olduğunu qeyd edən Elçin Şıxlı vurğulayıb ki, Birliyin saytı da yenilənəcək:


"Saytda təşkilatın fəaliyyəti və jurnalistika fonunda Azərbaycanda, eləcə də dünyada baş verən tendensiyalar əksini tapacaq".


"İdarə heyəti 8-10 nəfərdən, plenum isə 40 nəfərdən ibarət olacaq. Jurnalist üzvlərin, əsasən, gənc olmasına diqqət yetiriləcək", - deyə E.Şıxlı əlavə edib.


Xatırladaq ki, Azərbaycan Jurnalistlər Birliyinə ayrı–ayrı vaxtlarda İsrafil Nəzərov, Kamran Rəhimov, Ağababa Rzayev, Rəşid Mahmudov, Rafiq Zeynalov, Hacı Hacıyev kimi jurnalistlər sədrlik etmişdi. 2006-cı ildən etibarən Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıdır.

Mənbə axar.az

Oxşar Xəbərlər