Cəmiyyət
Orucu qəsdən pozanlar 60 gün kəffarə tutmalıdırlar? - İlahiyyatçı açıqladı
"Müəyyən hallarda bir günün əvəzinə altmış gün oruc tutulması hökm olunur". Oxu.Az-ın məlumatına görə, bu fikirləri şərqşünas və ilahiyyatçı Camal Əzimbəyli Modern.az-a verdiyi müsahibədə səsləndirib.
O bu sözləri "Üzrsüz səbəbdən oruc pozularsa, əlavə neçə gün oruc tutulmalıdır?" sualını cavablandırarkən söyləyib. O qeyd edib ki, heç bir üzrlü səbəb olmadan orucun pozulması halında 60 gün kəffarə hökmü qüvvədədir: "Bu mövzuya müxtəlif məzhəblərdə fərqli yanaşmalar mövcuddur. Bəzən insanlar Allahın mərhəmətindən sui-istifadə etməyə və Yaradanın əvəzinə hökm çıxarmağa cəhd göstərirlər. Mənim yanaşmam belədir ki, uca Allahın rəhməti və şəfqəti o dərəcədə genişdir ki, əgər gündəlik günahlarımıza baxılsa, bəlkə də səhərə sağ çıxa bilmərik. Bu kimi məsələlərdə diqqətli olmaq zəruridir: oruc tutmayan şəxsə cəzasının ağır olacağını demək, əslində rəhmət və sevgi dini olan İslama ziddir. Allah bağışlayan olduğu halda, bəndənin Onun yerinə hökm verməsi düzgün deyil. Çünki Allah bəyan edir ki, zülmkarlar və asilər istisna olmaqla, digər insanların günahları əfv ediləcək. Ramazan ayı mərhəmət, şəfqət, sülh, sevgi və müasir terminlə desək, tolerantlıq ayıdır. Bu zaman kəsiyi sevgi və sevənlərə məxsusdur".

Mənbə
oxu.az